Onlayn ictimai-siyasi qəzet
Paşinyanın hərəkətləri və onun hakimiyyəti sayəsində biz Artsaxı (Qarabağ deməyi öyrənəcək-M.) viran qoyduq və gümüş nimçədə Azərbaycana təqdim etdik. Musavat.com bildirir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan öz Facebook səhifəsində videomüraciətində bildirib.
“Müstəqillik əldə etdikdən sonra Ermənistanda 4 lider - 3 prezident, Konstitusiyaya dəyişikliklərdən sonra isə artıq baş nazir var idi. Üç prezidentin dövründə Artsaxda yeni prezident seçildi. Amma Artsaxdakı bu üç prezidentdən heç biri bu yeni prezidentin andiçmə mərasimində rəqs etməyib. Bu üç prezidentdən heç biri Stepanakert (Xankəndi-M.) meydanında deməyib: “Artsax Ermənistandır, nöqtə”. Paşinyan bunu etdi. 44 günlük müharibədən cəmi bir neçə gün əvvəl o, Matenadaran zalında Ermənistanın 20-50 illik baxışını təqdim etdi. Paşinyan və hökuməti sadəcə yuxuda idi və bu gün də vəziyyət eynidir. Bütün bunların nəticəsi o oldu ki, biz Artsaxı viran qoyub, nimçədə Azərbaycana təhvil verdik. Bu gün isə Ermənistan artıq boşqabdadır, lakin onlar hələ də bunu kimə verəcəklərini bilmirlər”, - Oskanyan ardınca belə sərsəmləyib.
Hələ də reallığı anlaya bilməyən, Azərbaycan dövlətinin və ordusunun gücünü hesablaya bilməyən erməni diplomat ardınca Paşinyanın son təşəbbüsünü də tənqid edib. Onun fikrincə, “Dünyanın kəsişməsi”nin mənası belədir: Ermənistan gümüş nimçəyə qoyublar və bilmirlər kimə verəcəklər? “Çox güman ki, heç bir Artsax vətəndaşı öz evinə, vətəninə qayıda bilməyəcək və nə vaxtsa biz Azərbaycana anklavlar verdiyimizi və 100 mindən çox azərbaycanlını qəbul etdiyimizi görəcəyik. Təəccüblənməyin, bu mümkündür, ən inanılmaz hadisə baş verərsə, təəccüblənməyin, bu insanlar azıblar və nə etdiklərini bilmirlər”, - deyə Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri iddialarını yekunlaşdırıb.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ