Onlayn ictimai-siyasi qəzet
"Azərişıq" ASC-nin qarşısında duran əsas məqsəd azad edilmiş əraziləri qısa müddət ərzində keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir.
Musavat.com-un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.
O qeyd edib ki, yerli innovasiya texnologiyalarının, xüsusilə "smart texnologiyalar"ın tətbiqi ilə bağlı Türkdilli dövlətlərə bir neçə səfər təşkil olunub, təcrübə mübadiləsi aparılıb:
"Bundan başqa, onlar bizdən "yaşıl texnologiyalar"ın tətbiqi üzrə təcrübə mübadiləsinin həyata keçirilməsini istəyiblər. Biz bu ölkələrin nümayəndə heyətlərini Azərbaycana səfərə dəvət etmişik. Onların yaxın aylar ərzində Azərbaycana səfərini gözləyirik.
Türkdilli ölkələri xüsusilə Qarabağda elektroenergetika sahəsində aparılan genişmiqyaslı islahatlar maraqlandırır".
Nigar HƏSƏNLİ
Musavat.com
02 Sentyabr 2025
02:59 Tramp ikinci prezidentlik müddətinin 30 faizini qolf meydançasında keçirib – Maraqlı hesablama
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ