İnsanlara hürriyət, millətlərə istiqlal!

Ürəyi gücləndirən MÖCÜZƏVİ QARIŞIM - Hər səhər yeyin, görün nələr olur

Son dövrlərdə insanlar sağlam həyat tərzinə daha çox önəm verməyə başlayıblar. Bu yolda ən çox diqqət edilən orqanlardan biri də ürəkdir.

Musavat.com xəbər verir ki, stress, düzgün olmayan qidalanma və oturaq həyat tərzi ürəyin fəaliyyətini zəiflədə, zamanla ciddi problemlərə yol aça bilər. Lakin təbiətin bizə bəxş etdiyi bəzi məhsullar ürək sağlamlığını qorumaq və gücləndirmək üçün əsl möcüzədir.

Mütəxəssislərin tövsiyə etdiyi və ev şəraitində asanlıqla hazırlana bilən bu təbii qarışım, ürəyin fəaliyyətini dəstəkləyir, qan dövranını yaxşılaşdırır və damarların elastikliyini artırır. Bu qarışım həm də immun sistemini gücləndirərək bədənə ümumi enerji verir. Bu təbii qarışım min illərdir xalq təbabətində ürək sağlamlığını dəstəkləmək üçün istifadə olunur. Sadə tərkibi və güclü təsiri ilə gündəlik istifadəyə uyğundur

Tərkibi: 1 stəkan təmizlənmiş sarımsaq (təxminən 10-12 diş), 1 stəkan təzə limon suyu, 1 stəkan təbii bal, 1 xörək qaşığı toz zəncəfil, 1 çay qaşığı darçın tozu (istəyə görə).

Hazırlanma qaydası: Sarımsaqları əzərək şirəsini çıxarın və ya blenderdə püre halına gətirin. Limon suyu, bal, zəncəfil və darçını bir qabda qarışdırın. Əldə etdiyiniz sarımsaq püresini qarışığa əlavə edin və yaxşıca qarışdırın. Qarışımı şüşə bir qabda saxlayın və soyuducuda qoruyun.

İstifadə qaydası: Hər səhər acqarına 1 xörək qaşığı qəbul edin. Mütəmadi istifadə etdikdə 2-3 həftə ərzində təsirini hiss edəcəksiniz.

Faydaları: Ürək əzələlərini gücləndirir və ritmini tənzimləyir. Qan damarlarını təmizləyərək xolesterin səviyyəsini aşağı salır. Qan dövranını yaxşılaşdırır, ürəyə daha çox oksigen daşınmasını təmin edir. Təbii antioksidant və iltihab əleyhinə təsiri ilə orqanizmi qoruyur. Həzm sistemini və immuniteti gücləndirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR