İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardan Oskanyan baş nazir Nikol Paşinyana müraciət etdi və onu aşağıladı

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yenidən baş nazir Nikol Paşinyana müraciət edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Oskanyan həmin müraciətində Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlar prosesinin iştirakçısı olmaq istədiyini bildirib.

“Mənə bu səlahiyyəti verin, susmaq olmaz, amma danışmazdan əvvəl düşünün və uğur qazanacağımıza inanın”, - Oskanyan bildirib.
Oskanyan müraciətində Nikol Paşinyanı diplomatiyadan uzaq adam kimi təsvir edib və bunun bir fakt olduğunu göstərib.
“Onun təcrübəsi yoxdur, üstəlik, diplomatiyada sözün dəyərini başa düşməyib və bu günə qədər də anlamır”, - deyə Ermənistanın keçmiş xarici işlər naziri qeyd edib.

Onun sözlərinə görə, Nikol Paşinyanın Qarabağda səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” fikri bəlkə də onun ən düzgün siyasi bəyanatlarından biri olsa da, yanlış formada, yanlış yerdə və yanlış zamanda səsləndirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR