İnsanlara hürriyət, millətlərə istiqlal!

““Vaqnerçilər”in əsas ağsaqqalı Putindir, bundan sonra...” - Politoloqdan ŞOK

“Priqojini “öz bandası ilə” (35 komandir) qəbul etmək Putin üçün son dərəcə bərbad bir format olub. Lakin bu, qiyamçılar üçün olmazsa olmaza dönüb”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Putinin keçmiş spiçrayteri (liderlərin çıxışlarını yazan - red.) Abbas Qalyamov deyib.

“Priqojin qiyam zamanı və ondan sonra alınan qərarlara görə məsuliyyəti bölüşmək istəyirdi. O, yəqin ki, qarşıda çətin qərarlar qəbul olunacağını başa düşürdü”, - deyə Qalyamov qeyd edib.

Politoloqun iddiasına görə, əks halda “vaqnerçilər” Priqojinin onları satdığını düşünə bilərdi.

Qalyamovun fikrincə, bundan sonra “Vaqner”in iştirak etdiyi layihələr və hətta təşkilatın özü bölünə bilər. Bu zaman hər bir komandir layihələrdən hansında iştirak edəcəyini özü seçməlidir:

““Vaqnerçilər”ə göstərildi ki, onların əsas ağsaqqalı Priqojin yox, Putindir. Yəqin ki, onlar üçün nəhəng miqdarda dövlət dəstəyi də vəd olunub. Onsuz da heç kim dövlət pullarının havaya sovrulmasına əhəmiyyət vermir. Dar çərçivədə isə Putin və Priqojin “direktor”un şəxsi layihələrini və ona əlavə təminatları müzakirə edə bilər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR