İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vaqner"in yeni rəhbəri: “Günahkarın kim olduğunu bilirik”

 

Yevgeni Priqojinlə birlikdə "Vaqner" hərbi şirkətinin əsas rəhbər heyətinin həlak olmasından sonra diqqətlər şirkətə və hərbi qüvvələrə kimin rəhbərlik edəcəyi məsələsinə yönəlib.

Musavat.com xəbər verir ki, bu gün bir sıra telegram kanallarda "Vaqner" in sağ qalan ən yüksək rütbəli komandiri olan Anton Yelizarovun rəhbərliyi öz üzərinə götürdüyünə dair məlumat yayıb. Bildirilir ki, guya Priqojin əvvəlcədən komandirlərin ölümü halında rəhbərliyin kimlərə keçə biləcəyinə dair təlimat qoyubmuş. Guya həmin təlimatla indi rəhbərlik Yelizarova keçməlidir.

Rostovdan olan Anton Yelizarov "Vaqner"in Liviya, Suriya, MAR-da əməliyyatlarında iştirak edib. Əvvəllər Rusiya desant qüvvələrində xidmət keçib, fırıldaqçılığa görə həbsdə yatıb. "Vaqner"in Ukraynanın Soledar şəhərini ələ keçirməsi əməliyyatına rəhbərlik edib. Priqojin onu cəmiyyətə ilk dəfə məhz Soledarın işğalındakı rolunu qeyd etməklə təqdim edib.

A.Yelizarovu hazırda Belarusda olduğu, yaxın günlərdə Rusiyaya keçəcəyi bildirilir. Onun özünə məxsus olduğu deyilən Telegram kanalında belə bir xəbərdarlıq mətni yerləşdirilib: "Mən qısaca deyirəm ki, "Vaqner" günahkarın kim olduğunu yaxşı bilir və and içir ki, onun cəzasını ən qısa müddətdə verəcəyik. Əclaf, mən bilirəm sən kimsən, gözlə, 1-2 günə səninlə görüşəcəyik"!

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR