Onlayn ictimai-siyasi qəzet
"Vaqif Xaçatryanın dəstəsi qayınatamı evimin altında diri-diri yandırdı".
Musavat.com xəbər verir ki, bu sözləri Yasamal Rayon Məhkəməsində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Əli Behbudov deyib.
Zərərçəkmiş qeyd edib ki, hadisədən bir həftə əvvəl azərbaycanlıların silahlarını yığıblar:
"Kənddə heç kəsdə silah yox idi. Çünki hamısını bir həftə əvvəl yığmışdılar. Hadisə zamanı Aramis, Armais, Vaqif və qardaşı Qürgen Meşəli kəndinə hücum edən dəstəyə başçılıq edirdi. Onlar evimizi yandırdı, maşınımı güllələdi. Mikrofonla çıxırdılar ki, kənddən çıxın. Yolumuz Badara kəndindən keçirdi. Yolumuzu kəsdilər, bizi qoymadılar o yoldan istifadə edək. Bizə həm dostluq, həm düşmənçilik edirdilər. Əvvəlcə onlar özlərini bizim evin adamı kimi hesab edirdi, gəlib gedirdilər, sonradan qənim kəsildilər. İndi burada məhkəmə qarşısındadır deyə, boynuna almır. Mən də onun yerinə olsam, boynuma almaram".
Xalidə Gəray
Foto video müəllifindir
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ