Onlayn ictimai-siyasi qəzet
Türkiyədə Yumurta İstehsalçıları Mərkəzi Birliyi və Kənd Təsərrüfatı və Meşə Nazirliyi yumurtaların üzərində son istifadə tarixinin qeyd olunması ilə bağlı yeni layihə hazırlayıblar.
Musavat.com xəbər verir ki, təşəbbüsün məqsədi israfın qarşısını almaq və yumurtaların keyfiyyətli qida kimi istifadəsini təmin etməkdir. Nazirlik yaxın aylarda da bu kimi yeni layihələri həyata keçirməyi planlaşdırır.
Türkiyədə qüvvədə olan Yumurta Təlimatına əsasən, A sinfi yumurtaların son istifadə tarixi yumurtlama tarixindən etibarən 28 gündən çox ola bilməz. Əgər fərqli yumurtlama tarixləri olan yumurtalar eyni paketdə satılırsa, son istifadə tarixi müəyyən edilərkən ilk yumurtlama tarixi nəzərə alınır.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ