Onlayn ictimai-siyasi qəzet
İndoneziyanın Halmahera adasındakı Dukono vulkanı püskürməyə başlayıb və vulkanın kül sütunu 3 km-ə qədər yüksəlib.
APA xəbər verir ki, bu haqda Antara agentliyi məlumat yayıb.
İndoneziya Fövqəladə Hallar Xidməti zirvəsi dəniz səviyyəsindən 1335 metr yüksəklikdə olan vulkanda silsilə təkanlar qeydə alıb.
Xidmət yerli sakinləri Dukono zirvəsindən 3 km radiusda yerləşən ərazilərə tərəf hərəkət etməyə, açıq havada olarkən maskadan istifadə etməyə çağırıb.
Xatırladaq ki, İndoneziyada 130-a yaxın aktiv vulkan var.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ