Onlayn ictimai-siyasi qəzet
Rusiyanın "Sukhoi Superjet 100" təyyarəsi Antalya hava limanına eniş edərkən yanıb.
Musavat.com xəbər verir ki, Soçidən Türkiyəyə uçan təyyarənin mühərriki yanıb. Türkiyə mətbuatı xəbər verir ki, təyyarə söndürülüb. Həlak olanlar barədə hələlik məlumat yoxdur.
Təyyarədə 79 sərnişin olub.
***
Antalya Hava Limanının Mülki İdarə Amiri, vali köməkçisi Suat Seyitoğlu, yanğına dərhal müdaxilə edildiyini və alovların qısa zamanda söndürüldüyünü bildirib.
Yanğının tam eniş zamanı meydana gəldiyini qeyd edən Seyitoğlu deyib: "Təyyarədəki bütün sərnişinlər xəsarət almadan təxliyə edilib, çox şükür, heç kimə zərər dəyməyib. Hazırda vəziyyət nəzarət altındadır."
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən açıqlamada hadisəyə sürətli müdaxilə edildiyi vurğulanıb. Açıqlamada qeyd olunur: "Təyyarədə olan 89 sərnişin və 6 ekipaj üzvü saat 21:43-də təhlükəsiz şəkildə təxliyə edilib. Xəsarət alan yoxdur. Təyyarənin uçuş-enmə zolağından çıxarılması üzrə işlər davam edir. Hava limanına enişlər gecə saat 03:00-a qədər dayandırılıb. Uçuşlar isə hərbi zolaqdan həyata keçirilir".
Musavat.com
@@TVmusavat/101877@@
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ