Onlayn ictimai-siyasi qəzet
Prokopyevskdə 18 yaşlı sevgilisini döyməkdə ittiham edilən yerli sakin saxlanılıb.
Bu barədə Rudniçnı Rayon Məhkəməsi məlumat yayıb.
İstintaqın məlumatına görə, 21 yaşlı rusiyalı gənc bir neçə ay 18 yaşlı sevgilisi ilə yaşayıb. Sonra qızdan xəyanətdən şübhələnməyə başlayıb. Həqiqəti öyrənmək üçün o, qızın bədəninin müxtəlif hissələrinə isti metal qaşıq basıb, sonra isə onun barmaqlarını kəlbətinlə sıxıb.
Bir neçə gün sonra təqsirləndirilən şəxs zərərçəkmişi hədsiz amansızlıqla döyüb və burnunu sındırıb.
İşgəncə verən şəxs zərərçəkmişin yaşadığı yerdə həbs edilib.
Faktla bağlı cinayət işi açılıb və döyülməkdə şübhəli bilinən şəxs nəzarətə götürülüb. (Publika.az)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ