İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vahid Ermənistan”: “ABŞ Qarabağın Azərbaycanın bir hissəsi olmasına çalışır”

“Amerika Birləşmiş Ştatları Qarabağın Azərbaycanın bir hissəsi olmasına çalışır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın “Vahid Ermənistan” partiyasının təsisçisi-sədri Yervand Tarverdyan tərəfindən səslənib.

Tervandyan iki həftə əvvəl Birləşmiş Ştatların Qarabağ ermənilərini israrla Azərbaycanla əməkdaşlığa çağırdığını xatırladıb.

“ABŞ hökuməti bizim milli dəyərlərimizlə qətiyyən maraqlanmır. Hər bir dövlət kimi o da bölgədəki məsələlərini tənzimləyir. Elə Rusiya da öz sülhməramlılarını yalnız öz maraqları üçün yerləşdirib. Supergüc maraqlarının kəsişdiyi yer budur. Anqlo-sakson modeli regionda təkcə Ermənistana deyil, Hindistan, Rusiya və İrana da təhlükə yaradan “Turan” proqramının həyata keçirilməsinə gətirib çıxaracaq. Ermənistan isə bu böyük geosiyasi proqramın boğazındakı yeganə sümükdür”, - deyə Tarverdyan bildirib.

Onun sözlərinə görə, hazırda hər kəs Qarabağı Azərbaycanın bir hissəsi kimi görmək istəyir, çünki regionda böyük türk dəstəyinə malik olan Azərbaycan indiki Rusiya-Ukrayna münaqişəsində həm Avropa, həm də Rusiya üçün daha çox maraq kəsb edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR