İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST rəhbərinin dayısı öldürüldü

Eritreya Silahlı Qüvvələri Efiopiyanın Tiqray sərhəd bölgəsində 50-dən çox şəxsi qətlə yetirib.

“Qafqazinfo” “The New York Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə mətbuat konfransında açıqlayıb.

Tiqray sakini olan Qebreyesusun sözlərinə görə, kəndə hücum zamanı öldürülən şəxslər arasında onun dayısı da olub. O bildirib ki, bu xəbəri eşitdikdən sonra mətbuat konfransını ləğv etmək barədə düşünüb.

“Anamla danışdım, o, çox kədərli idi, çünki dayım onların ailəsində ən kiçiyi idi”, - deyə Baş direktor qeyd edib.

O, həmçinin Tiqray muxtar bölgəsi ilə Efiopiya və Eritreya arasındakı müharibəni “ağılsızlıq” adlandırıb. “The New York Times” yazır ki, noyabr ayında Efiopiya hökuməti və Tiqray muxtar bölgəsi hərbi əməliyyatların dayandırılması barədə razılığa gəlib. Lakin sözügedən bu razılıq Eritreyaya şamil edilməyib. Bildirilir ki, bu silahlı münaqişə zamanı daha əvvəl də hərbi cinayətlər törədilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR