İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST “omikron”un yeni altnövü ilə mübarizə üçün ictimai tədbirləri dəyişdirməməyi tövsiyə edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “omikron” ştamının BA.5 - BF.7 altnövünə qarşı mübarizə aparmaq üçün ölkələrin ictimai səhiyyə tədbirlərinə hər hansı dəyişikliyin olunmamasını tövsiyə edir.

Bu barədə "Report"a ÜST-dən məlumat verilib.

Bildirilib ki, yüksək ötürücülüyə malik bu altnöv delta ştamı qədər ciddi hesab olunur və toplanmış immuniteti üstələmək iqtidarındadır.

ÜST açıqlayıb ki, dekabrın 20-nə olan məlumata görə, dünyanın 90-a yaxın ölkəsində BA.5-in 50 mindən çox variantı qeydə alınıb.

BF.7-nin ABŞ, Belçika, Böyük Britaniya, Çin, Hindistan və bir sıra digər ölkələrdə aşkar edildiyi bildirilir. Bu altnöv qızdırma, öskürək və boğaz ağrısı kimi “omikron” ştamının digər altnövlərinə xas oxşar simptomlarına malikdir. Nadir hallarda xəstələrdə qusma və ishal müşahidə oluna bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR