Onlayn ictimai-siyasi qəzet
“Uşaqlar dünyanı və ona münasibəti ətraflarından, özəlliklə böyüklərdən öyrənirlər”.
Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixoloq Elnarə Baxışlı açıqlayıb.
Onun sözlərinə görə, oyunlar burada planlı ilkin modeldir:
“Bir ayından başlayaraq uşağın 3-4 yaşına qədər oyun bacarıqlarını böyüklər yönəldir. Yaradıcı oyunlara keçməsi ilə bu proses azalır. Məhz bu dövrlərdə yəni bir ayından dörd yaşadək valideynlə uşaq arasında birgə oyun mütləqdir. 3-4 yaşlarından uşaqlar öz xəyallarını və ətrafdan müşahidə etdiklərini oyunlardan tətbiq etməyə başlayırlar. Valideynlər bu zaman özlərini tam kənarlaşdırmamalıdırlar. Zaman ayırıb mütləq uşaqlarını müşahidə etməlidirlər”.
Psixoloq bildirib ki, bu zaman valideynlər uşağın necə oynamağına, oyuncaqlarla necə davranmasına, nələri izləməsinə və oyunlarda bunu necə tətbiq etməsinə diqqət etməlidirlər:
“Həmçinin, valideyn-uşaq arasında emosional ehtiyacların və duyğu bağlarının möhkəmliyi üçün birgə hərəkətli oyunlar mütləqdir”.
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ