İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaq evində zorakılıq iddiası ilə bağlı DİN-dən açıqlama

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə paylaşılan həmin görüntülər 2017-ci ildə qeydə alınıb:

"Həmin iddialarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılıb və fakt təsdiqini tapmayıb".

Qeyd edək ki, görüntülərin Şəki Qarışıq Tipli Uşaq Evində çəkildiyi bildirilirdi.

***

Azərbaycanda yerləşən uşaq evlərinin birindən şikayət var.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Belə ki, uşaqlardan biri orada şiddət gördüyünü bildirib:

“Bizi çubuq, taxta ilə döyür, başımıza, belimizə vururlar. Bizi o qədər döyürlər ki, özümü asmaq istəmişəm”.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən görüntülər paytaxt ərazisində yerləşən uşaq evlərindən heç birində çəkilməyib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR