Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyasının hazırkı sədri Ursula fon der Lyayen kabinetinin ikinci beş il müddətində yenidən seçilmək niyyətini açıqlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Qeyd olunub ki, fon der Lyayenin sağ əli Bjorn Seibert bu məqsədlə iki aylıq ödənişsiz məzuniyyət də götürüb.
AB seçkilərində iştirak edən fon der Lyayen kimi komissarlar qaydalara əsasən öz kampaniyaları üçün Komissiyanın resurslarından istifadə etməməlidirlər.
Fon der Lyayenin seçki kampaniyasındakı əsas nümayəndəsi isə hazırda Avropa Komissiyasının Kommunikasiyalar üzrə Baş Direktorluğunda yüksək vəzifəli tutan Alexander Vinterştayn olacaq.
Gələn xəbələrə əsasən, Avropanın ən böyük millətüstü, sağ mərkəzçi Avropa Xalq Partiyasının fon der Lyayeni dəstəkləmək niyyətindədir.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ