İnsanlara hürriyət, millətlərə istiqlal!

Urmuda gərginlik - Novruz şənliklərinə qadağa türkləri qəzəbləndirdi

Güney Azərbaycanın Urmu şəhərinin əsl sahibləri olan türklər bu gün etirazlara qalxıblar.

Musavat.com bu barədə sosial şəbəkə istifadəçilərinin yaydığı məlumatlara və videokadrlara istinadən xəbər verir. Məlumata görə, urmulu soydaşlarımız İran hökumətinin türklərə qarşı repressiyalarına qarşı hərəkətə keçiblər. Türklərə Novruz şənliklərini keçirməyə icazə verməyən İran dövləti, sərhəddə qaçaqmalçılıq edən müxtəlif bölgələrdən olan qeyri-türklərin, PKK-PJAK simpatizanlarının Urmuda, əllərində PKK və Ermənistan bayraqları ilə şənlik keçirmələrinə şərait yaradıb.

Türkiyə bayrağını yandıran adıçəkilən şəxslərin hərəkətləri qəzəb doğurub.  Yayılan kadrlardan görünür ki, Urmu türk xalqı İran dövlətinin və bəzi dəstələrin məkrli planlarına qarşı qalxıb, türkçü şüarlar səsləndirərək şəhərlərini müdafiə edirlər. Onlar “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Urmiyə Bozqurdumuz, Azərbaycan yurdumuz”, “Bu torpaqdan pay olmaz, Urmu zimistan olmaz!”, “Urmiyə türkündür, türkün olacaq”, hayqıraraq varlıqlarını nümayiş etdirirlər. Yürüş hazırda davam edir. Görünən budur ki, İran rejiminin Urmuyanı PKK-çıların ixtiyarına vermək istəyi yerli əhalinin - türk xalqının qəzəbinə səbəb olub. Hələlik rəsmi qurumlardan reaksiya yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Mart 2025

22 Mart 2025

BÜTÜN XƏBƏRLƏR