Onlayn ictimai-siyasi qəzet
Yekaterinburq yaxınlığında kriminal avtoritetləri müalicə edən və “Sehrbaz Leşa” kimi tanınan ara həkimi bıçaqlanaraq öldürülüb.
Musavat.com xəbər verir ki, bu barədə E1 portalı məlumat yayıb.
Bildirilir ki, Aleksey S. kriminal camiədə böyük hörmətə malik olub. İyirmi il əvvəl o, mütəşkkil cinayət qruplaşmasının üzvü və “Trofa” ləqəbli “qanuni oğru” ilə yaxın əlaqələrə malik imiş, lakin sonradan özündə ekstrasenslik qabiliyyətləri aşkar edib və cinayət fəaliyyəti ilə məşğul olmağı dayandırıb. Sverdlovskda fəaliyyət göstərən bir çox kriminal avtoritetlər müalicə üçün onun yanına gəlirmiş.
“Leşa əmi həqiqətən də insanları sağaldırdı, özümdən bilirəm. Şişləri, hər cür mərəzləri dualarla, su ilə, mütləq qaydada hamamla müalicə edirdi. Onda qabiliyyət vardı. O, səndən heç nə soruşmurdu, onunla üzbəüz otururdun və o, sənə səni nəyin narahat etdiyini, nə etməli olduğunu deyirdi. Pulsuz müalicə edirdi., - Alekseyin "xəstə”lərindən biri jurnalistlərə danışıb.
Hadisə ilə bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb. Hələlik təqsirləndirilən şəxslər yoxdur.
Kriminal avtoritetlərdən biri ehtimal edir ki, Leşa məişət münaqişəsi zəminində öldürülüb, çünki onu qəsdən öldürmək üçün heç kimin heç bir səbəbi olmayıb.
Musavat.com
16 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ