İnsanlara hürriyət, millətlərə istiqlal!

Unun qiyməti qalxdı - çörəyin də qiyməti artacaqmı? 

"50 kq-lıq unun qiyməti 25 manat 5 qəpikdən 27 manat 35 qəpiyə qədər artıbsa, bu, hər 1 kq unun təxminən 4 qəpik artması deməkdir. Bu zaman 500 qramlıq hər çörəyə 2 qəpik artım payı düşür. Odur ki, 50 kq-lıq unun 2-3 manat artmasının hazırda çörəyin qiymətinə təsir etməyəcəyini demək olar".

Musavat.com xəbər verir, bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

ELDENİZ SON.jpeg (255 KB)

Ekspert qeyd edib ki, çörək istehsalçıları onun qiymətini nəzarət səbəbindən qaldıra bilməsələr də, hər çörəkdə 2 qəpik itirməmək üçün onun çəkisini 20 qram azalda bilərlər:

"Ona görə ki, hazırkı qiymətlərlə hər 10 qram çörəyin satış qiyməti təxminən 1 qəpikdir. Odur ki, 2 qəpik itirmək istəməyənlər 20 qram kəsmək sevdasına düşə bilər.

Azərbaycanda kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin həcmini, torpağın keyfiyyətini, taxıl əkin sahələrinin həcmini və yetişdirilə bilən buğdanın keyfiyyət göstəricilərini, eləcə də artan əhali sayını nəzərə alsaq, deyə bilərik ki, biz demək olar ki, hər zaman ərzaqlıq buğdanın böyük hissəsini hansısa ölkədən idxal edəcəyik. Bu isə unun qiymətində bu cür artıb-azalmaları qaçılmaz edəcək. Ona görə də çörəyin qiyməti dövlət tərəfindən müxtəlif alətlərin köməyi ilə tənzimlənir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR