İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maskın adı “Epsteyn işi”ndə çəkilir

İlon Maskın adı seksual cinayətlərdə təqsirli bilinən Cefri Epşteynin işi ilə bağlı yeni materiallarda yer alıb.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, qeyd onun iştirakının sübutu deyil.

ABŞ Konqresinin komitəsinin dərc etdiyi sənədlərdə Maskın 2014-cü ilin dekabrında "Epşteyn adası”na mümkün səfəri barədə qeydlər var. Onun biznesmen Piter Til və Donald Trampın keçmiş müşaviri Stiv Bannon ilə əlaqələri də qeydə alınıb.

Jurnalistlər vurğulayırlar ki, bu qeydlər Maskın və ya adı çəkilən digər şəxslərin Epşteynin fəaliyyətində iştirakını sübut etmir. Epsteyn özü yetkinlik yaşına çatmayanları cinsi istismar məqsədilə bazarlamaqda günahlandırılıb və 2019-cu ildə həbsxanada vəfat edib. Onun ölümü hələ də nüfuzlu şəxslərin iştirakı ilə bağlı mübahisələrə və versiyalara səbəb olur.

Daha əvvəl Mask bildirmişdi ki, materiallarda prezident Donald Trampın adı hallanır. Bununla belə, Tramp israr edir ki, Epşteynlə hələ 1990-cı illərdə əlaqəni dayandırıb və heç vaxt onun adasına baş çəkməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR