Onlayn ictimai-siyasi qəzet
Polşanın xarici işlər naziri Radoslav Sikorski X hesabında bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampın çıxış etdiyi videonu paylaşıb.
Musavat.com-un xəbərinə görə, Tramp həmin çıxışında bildirib ki, onun fikrincə, NATO ölkələri öz hava məkanına daxil olan rus təyyarələrini vurmalıdır.
Sikorski isə paylaşımın üzərinə cəmi iki söz yazıb: “Qəbul edildi”.
Nəticədə bu paylaşım onun hesabında ən məşhurlardan birinə çevrilərək 2,3 milyon baxış toplayıb.
Musavat.com
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ