Onlayn ictimai-siyasi qəzet
UNEC-də növbəti “Açıq qapı” günü keçirilib.
“Açıq qapı”da UNEC-in İctimai Nəzarət Şurasının üzvləri, millət vəkili Arzu Nağıyev, “Modern” Media Qrupunun baş direktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva rektor, prof. Ədalət Muradovla birlikdə müraciətləri dinləyiblər.
Qəbula yazılan tələbələrin müraciətləri qaib limiti və imtahanlarda intizam qaydalarının pozulması barədə olub. Müraciətlər dinlənildikdən sonra aidiyyəti üzrə tapşırıqlar verilib.
İctimai Nəzarət Şurasının üzvləri “Açıq qapı”ya müraciət edən tələbələrin sayının kəskin şəkildə azalmasını UNEC-də aparılan islahatların müsbət nəticəsi kimi qiymətləndiriblər.
Qeyd edək ki, növbəti “Açıq qapı” yanvarın 27-də, saat 11-də keçiriləcək.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ