Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində erməni tarixindən çıxarılmalı dərslər barədə danışıb və keçmiş səhvlərin təkrarlanmaması üçün “oxumaq, öyrənmək və tarixdən nəticə çıxarmaq” çağırışı edib.
Musavat.com xəbər verir ki, Paşinyan çıxışında bildirib:
“Tariximiz bizə deyir: mənim səhvlərimi təkrarlamayın. Bunun qarşısını almaq üçün biz oxumalı, öyrənməli və öz tariximizi dərindən dərk etməliyik.”
O vurğulayıb ki, “Real Ermənistan” ideologiyası və “Dördüncü Respublika” konsepsiyası məhz erməni xalqının tarixi təcrübəsindən və keçdiyi yollardan qaynaqlanır.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ