İnsanlara hürriyət, millətlərə istiqlal!

Umud Mirzəyev: BAMF-ın otuz illik fəaliyyətində çox böyük zəhmət var

Bu gün tədbirə tanınmış insanlar, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən qonaqlar, dövlət xadimləri qatılıblar. Otuz il az bir dövr deyil. Təxminən Azərbaycanın müstəqilliyi ilə üst-üstə düşən bir dövr deməkdir.

Musavat.com xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

“Beynəlxalq Avrasiya Mətbuat Fondu anbaan, günbəgün Azərbaycanın problemlərinə, vətəndaşlarımızın, keçmiş məcburi köçkünlərin, işğaldan əziyyət çəkən və müharibə dövründə fədakarlıq edən digər insanlarımızın problemlərinə, fəaliyyətlərinin işıqlandırılmasına və onların həmrəy olmasına yönəlmiş fəaliyyət göstərib. Fondun 30 illik fəaliyyətində çox böyük zəhmət var”, - deyə Umud Mirzəyev qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR