İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya yeni silahların tədarükü müzakirə edilib

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnıy ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə telefon danışığında Ukraynaya yeni silahların tədarükünü müzakirə edib.

Bu barədə “Report” Ukrayna Silahlı Qüvvələrinin məlumatına istinadən xəbər verir.

Söhbət zamanı hərbi liderlər cəbhədəki vəziyyəti və Rusiyanın iri raket zərbələri nəticəsində yaranan təhlükəsizlik riskləri ilə bağlı öz qiymətləndirmələrini bölüşüblər.

Zalujnı həmçinin Ukrayna Silahlı Qüvvələrinin silah və texnika, hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri ilə bağlı tələblərini də ətraflı izah edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR