Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynaya nüvə silahının verilməsi ehtimalını inkar etməyib.
Musavat.com xəbər verir ki, o, "Breitbart News"-a verdiyi müsahibədə bunun ABŞ Prezidenti Donald Tramp tərəfindən qərarlaşdırılmalı bir məsələ olduğunu bildirib.
Heqset həmçinin vurğulayıb ki, onun daha əvvəl verdiyi açıqlamalar Ukraynanın NATO-ya üzv ola bilməyəcəyi anlamına gəlmir.
“Mən sadəcə hazırkı reallığı dilə gətirdim – mövcud şərtlər nəzərə alındıqda, Ukraynanın NATO-ya üzvlüyü az ehtimaldır. Lakin heç kim 25 il və ya daha uzun müddət üçün dəqiq proqnoz verə bilməz”, – deyə nazir qeyd edib.
Musavat.com
03 Mart 2025
02 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ