Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın göstərişi ilə Ağ Evin şərq qanadının bir hissəsinin sökülməsinə başlanılıb.
Musavat.com xəbər verir ki, The Washington Post-un məlumatına görə, yeni layihə çərçivəsində mövcud binaya zərər vurulmayacaq və söküntü işləri əsas tikiliyə təsir etməyəcək.
Əvvəllər NBC telekanalının bildirdiyinə görə, tikiləcək banket zalının sahəsi 90 min kvadrat fut olacaq və layihə Trampa təxminən 200 milyon dollara başa gələcək.
Yeni zal Ağ Evin rəsmi tədbirlərini daha geniş miqyasda keçirməyə imkan verəcək və Tramp administrasiyası bunu “tarixi modernləşdirmə addımı” kimi təqdim edir.
Musavat.com
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ