İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Vətən savaşı 5-ci aya keçdi - “Zaman kimə işləyir” sualına cavab tapıldı?

Rusiya-Ukrayna müharibəsinin 4 ayı tamam oldu. Lakin Rusiya hələ ki, elan etdiyi minimal hədəfinə belə çatmayıb. Proqnozlar nə deyir, Rusiya çata biləcəkmi? Həlledici dönüş nə vaxt?

Maraqlıdır ki, Ukraynadan fərqli olaraq, Rusiya neçə aydır ki, öz canlı itkilərini açıqlamır. Nəhayət, Rusiyanı hərbi cinayətlərinə görə məsuliyyətə cəlb eləmək mümkün olacaqmı?

Bu arada ABŞ prezidenti Co Bayden deyib ki, Ukrayna münaqişəsi Rusiya ilə Avropa arasında dözüm yarışına çevrilə bilər. “Mən həqiqətən düşünürəm ki, hansısa mərhələdə dözüm yarışı başlayacaq: ruslar nəyin öhdəsindən gələ bilər, Avropa nəyin öhdəsindən gəlməyə hazır olacaq”, - deyə Ağ Ev sahibi vurğulayıb və əlavə edib ki, Qərbin Rusiya-Ukrayna münaqişəsinə ümumi yanaşmasında “çatlar” yaranacağına inanmır.

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını

Əziz Əlibəyli: “Görünən odur ki, bu müharibə uzunmüddətli olacaq”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bu müharibənin uzanacağını göstərir: “Rusiya iqtisadiyyatı bu məsələlərdən çox ciddi şəkildə zərər çəkməkdədir. Amma rus iqtisadiyyatının ölümcül vəziyyətə düşməsi hələ ki, müşahidə edilmir. Bu da daha çox Rusiya iqtisadiyyatının alternativlərinin kifayət qədər çox olması ilə əlaqədardır. Təbii sərvətləri, digər ölkələrlə əlaqələri şimal qonşumuzun kifayət qədər yüksəkdir. Burada Çin, Hindistan, Türkiyə və s. kimi ölkələrdən söhbət gedir. Bu ölkələrin sayı az olsa da, unutmayaq ki, həlledici dövlətlər sayılır. Dünya taxıl xəritəsinə baxdıqda görürük ki, üçüncü qrup dünya ölkələrinin əksəriyyəti çox ciddi şəkildə ərzaq böhranı ilə üzləşib. Onlar aşağı-yuxarı Rusiyadan asılı durumdadırlar. Biz bu ümumi nəticələrin yekununa gəldikdə belə bir nüans irəli sürə bilərik. Macarıstan tərəfindən belə bir açıqlama gəldi ki, sanksiyaları dayandırmaq lazımdır. Bu da səbəbsiz deyil. Çünki bu sanksiyalardan ən çox zərəri Avropa ölkələri çəkir. Üzü qışa doğru Avropa ölkələrinin böhranlı vəziyyətdən xilas olması üçün resursları yoxdur. Dünya Ticarət Təşkilatının açıqlaması oldu ki, böhranlı vəziyyət 2024-cü ildə bank, maliyyə sektorunda qaydasına düşə bilər. Burada da motorlar daha çox Rusiyanın addımlarına bağlıdır. Ümumi razılaşma əldə olunacaqmı? Dözüm savaşı dedikdə Rusiyanın resurslarını xərcləməyin özü dünyaya nə verəcək? Bunu proqnozlaşdırmaq elə də asan deyil. Ukraynanın cənubundakı proseslərdən sonra Donbasın işğal olunmasına və tərəflərin müharibəni uzatmaq istəklərinə gəldikdə deyə bilərik ki, Ukrayna həlledici səviyyədə deyil. Unutmayaq ki, Ukraynaya Avropadan resurslar ötürən dövlətlər məsafə olaraq çox kənardadırlar. Bu günə olan gedişat Rusiyanın üstünlüyünü göstərir. Bunun nə qədər davam edəcəyini demək çətindir. Amma görünən odur ki, bu müharibə uzunmüddətli olacaq”.

Akif Nağı: “Rusiya Ukraynanı itirdi”

Akif Nağı: “Rusiya ilkin hədəfinə çatmış kimi görünür”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da bu cür düşünür: “Əvvəlcə qeyd edim ki, Ukrayna müharibəsi artıq həm ”dözüm", həm də “əsəb” müharibəsinə çevrilməkdədir. Tərəflər artıq bir-birinin əsəbləri ilə oynayırlar. Artıq 4 tərəf ortadadır, bunlar Rusiya və Ukrayna ilə yanaşı ABŞ və Avropadan ibarətdir. Rusiya, məncə, ilkin hədəfinə çatıb - Ukraynanın Xarkov vilayətinin bir hissəsindən Odessanın həndəvərlərinə qədər əhəmiyyətli ərazisini nəzarətə götürüb. Kreml ABŞ-la Avropa arasında “çat” yaratmaq istiqamətində də müəyyən nəticə əldə edib. ABŞ prezidenti Baydenin “çatlar yaranmayacaq” təlaşı da əbəs deyil, çünki Avropa ilə ABŞ arasında sanksiyaların tətbiqinə dair fikir ayrılığı hiss olunur. Bu münaqişədə əsas maraqlı tərəflərdən biri kimi ABŞ da xeyli dərəcədə istəklərinə nail olub. Belə ki, Ukrayna tam şəkildə onlardan asılı vəziyyətə, daha dəqiq desək, “borc girovu”na düşüb. İndən sonra Ukraynada kim hakimiyyətə gəlir gəlsin, həmin borcları ödəməli, ödəyib qurtarana qədər isə asılı vəziyyətdə qalmış olacaq. Vaşinqtonun digər məqsədi Rusiyanı iqtisadi cəhətdən çökdürmək idi, bu vəzifə də yerinə yetirilib. Digər vəzifə, Avropa dövlətlərinin iqtisadi cəhətdən müqavimətinin zəiflədilməsi idi. Rusiyadan enerji daşıyıcılarının nəqlinə məhdudiyyət qoymaqla bu vəzifə də yerinə yetirilib, Avropa iqtisadi cəhətdən ciddi çətinliklər yaşayır. Bu münaqişədə oduna yanıb, tüstüsündən kor olan da Avropa oldu. Ukrayna heç nəyə nail ola bilmədi, nəinki Krım və Donbasa nəzarəti bərpa edə bilmədi, əlavə ərazilər də itirdi, insan tələfatı isə heç nə ilə ölçülə bilməz. Ona görə də, böyük ehtimalla yaxın vaxtlarda aktiv hərbi əməliyyatlar dayanacaq, hadisələr mövqe qarşudurması müstəvisində davam etdiriləcək, atəşkəs və sair digər mexanizmlər işə düşəcək.

Digər məsələ Rusiyanın öz itkilərini elan etməməsi ilə bağlıdır. Rusiya qanununa görə, hərbi vəziyyət zamanı döyüş itkilərinin açıqlanması qadağandır, təxminən bir əvvəl Putin həmin qanuna hətta əlavəni də imzaladı ki, dinc şəraitdə də itkilərlə bağlı məlumat verilmir. Rusiyanın yanaşması həmin qanunla nizamlanır. Hərbi əməliyyatlar səngiyəndən sonra Rusiyanın hərbi cinayətləri ilə bağlı məsələ ABŞ tərəfindən Moskvaya təzyiq vasitəsi kimi istifadə olunacaq, vaxtaşırı Ukraynanın əli ilə müxtəlif beynəlxalq qurumlara, dövlətlərə müraciət olunacaq ki, tanısınlar".

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu: “Müharibənin uzanması Rusiyanın əlinə işləyə bilər”

Siyasi yazar Kənan Rövşənoğlu isə hesab edir ki, Rusiya payız fəslini gözləyir: “Müharibə çox güman ki, uzanacaq. Çünki deyildiyi kimi, Rusiya sürətli müharibəni qazana bilmədi. Amma aydın məsələdir ki, Rusiyanın geri yolu yoxdur, çünki müharibəni dayandırsa təkcə Ukraynada deyil, bütün böyük cəbhədə ABŞ qarşısında məğlub olmuş olacaq. Buna görə də Putin nəyin bahasına olursa-olsun müharibəni davam etdirib qələbəyə qədər aparmağa çalışacaq. Müharibə həm də şahmat oyunudur, hər kəs öz oyununu, kombinasiyasını qurur, amma sonra iki tərəfdən biri qalib gəlir. Müharibədə də belədir, bir tərəf qalib gələcək. Ukrayna xalqı müqavimət göstərir, yaxşı vuruşur, dünya, xüsusən də ABŞ və Avropa ölkələri dəstək verir, amma bu dəstək yetərli olacaqmı, bunu gedişat göstərəcək. Resurslar baxımdan Rusiya daha güclüdür, amma Ukrayna xalqı savaşır və dəstəyi də var. Əgər bu dəstək və müqavimət davam edərsə, Rusiya ciddi təzyiqlərə davam gətirməyə bilər. Amma dediyim kimi, bu, döyüşlərin gedişindən asılı olacaq. Rusiya isə çalışacaq ki, yorucu müharibə aparsın, nəticədə payıza qədər Ukraynanın resursları tükənəcək, əhali yorulacaq, eyni zamanda Avropa ölkələri payızda Rusiya qazından daha çox asılı olacaq. Rusiya ona görə müharibənin payıza qədər uzanmasına hesablayıb. Güman edirəm ki, müharibənin uzanması Rusiyanın əlinə işləyə bilər. Amma Rusiya da tükənə və ya müqaviməti qırıla bilər. Bu daha çox cəbhədəki vəziyyətlldən asılı olacaq”.

Bayden “Ukraynanın yanında olacağıq" bəyanatına sadiq qalmayacaq-

Züriyə Qarayeva: “Moskva biabırçı məğlubiyyətini Türkiyənin moderatorluq istəyi ilə pərdələyə bilər”

Politoloq Züriyə Qarayeva Rusiyanın məğlubiyyətindən söz açdı: “Severodonetsk uğrunda döyüşlər Rusiyanın hərbi gücünü zəiflətmiş kimi görünür. Volınsk istiqamətində təşəbbüs itirilib. Jitomir istiqamətində Qoreniçi, Şpıtka, Petruşkada hücumu inkişaf etdirməyə cəhd göstərsələr də, dayanmağa məcbur olublar. Borodyanka, Katyujanka rayonlarında və Qavronsk vilayətində də hücumların uğursuzluqla nəticələndiyini nəzərə alsaq, yaxın gələcəkdə Rusiyanın sülh müqaviləsini imzalamaq üçün addımlar atacağının şahidi ola bilərik. Bu məsələdə Türkiyənin diplomatik imkanlarından istifadə ediləcəyi qaçılmazdır. Moskva biabırçı məğlubiyyətini Türkiyənin moderatorluq istəyi ilə pərdələyə bilər”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR