İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç ölkənin neft hasilatına dair məlumatlarını müstəqil müşahidəçilər yoxlayacaq - OPEK

İraq, Qazaxıstan və Rusiya sentyabrın sonuna kimi OPEC+ çərçivəsində müəyyən edilmiş kvotalara tam əməl etdiklərini açıqlayıblar.

Musavat.com xəbər verir ki, məlumatı OPEC+ nazirlərinin monitorinq komitəsinin iclasından sonra OPEK yayıb.

Məlumatda qeyd edilir ki, hər üç ölkənin məlumatının nə qədər doğru olduğunu yaxın 2 həftə ərzində müstəqil müşahidəçilərin araşdırması üzə çıxaracaq.

Qeyd olunur ki, sadalanan ölkələr avqust ayında kvotadan artıq hasilatı əhatə edən yeni kompensasiya cədvəllərini təqdim ediblər.

Monitoriq komitəsi müəyyən edilmiş kvotalara və kompensasiya cədvəllərinə tam riayət olunmasının vacibliyini vurğulayaraq, alyansın hazırkı neft hasilatı parametrlərinin dəyişdirilməsi ilə bağlı hər hansı yeni tövsiyə verməyib.

OPEC+ nazirlərinin Monitorinq Komitəsinin növbəti iclası dekabrın 1-də baş tutacaq. Həmin gün alyansın tam formatlı iclasının keçirilməsi planlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR