 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Ukraynanın Rusiya ilə müharibəni dayandırmaq və ordusunu saxlamaq üçün növbəti dörd ildə təxminən 400 milyard dollara ehtiyacı olacaq.
Musavat.com xəbər verir ki, The Economist jurnalının hesablamalarına əsasən, 2026–2029-cu illər ərzində Ukraynaya ordunun saxlanması, dövlət xərcləri və bərpa işləri üçün təxminən 389 milyard dollar tələb olunur. Bu məbləğ Avropanın müharibənin əvvəlindən Kiyevə verdiyi yardımın təxminən iki qatına bərabərdir.
Hazırda Ukrayna ildə 65 milyard dolları müdafiəyə, daha 73 milyard dolları isə digər sahələrə sərf edir. Dövlətin gəlirləri bu xərclərin yalnız 90 milyard dollarlıq hissəsini qarşılayır, qalan hissə isə müttəfiqlərin yardımı və kreditlər hesabına təmin olunur. Bu il Ukrayna 40 milyard dollarlıq silah yardımı alacaq.
Jurnalın proqnozuna görə, hərbi xərclər hər il təxminən 5 faiz artacaq, infrastrukturun bərpası üçün isə əlavə 5 milyard dollar tələb olunacaq. Ümumilikdə, növbəti illərdə silahlanmaya 181 milyard dollar xərclənməsi gözlənilir.
Hesabatda qeyd olunur ki, əgər ABŞ maliyyələşdirmədə iştirak etməzsə, Avropa ölkələrinin öz xərclərini ÜDM-in 0,4 faizi səviyyəsinə qədər artırması lazım gələcək. Bu məqsədlə Aİ iki əsas mənbəyi nəzərdən keçirir — öz büdcəsi və 163 milyard dollarlıq dondurulmuş Rusiya aktivləri.
Məlumata görə, müharibənin başlanğıcından bu yana Avropa Ukraynaya 206 milyard dollar, ABŞ isə 133 milyard dollar həcmində yardım göstərib.
Musavat.com
01 Noyabr 2025
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ