İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Odessa və Nikolayev şəhərləri raket hücumuna məruz qalıb

Aprelin 4-də səhər saatlarında Ukraynanın Odessa şəhəri raket hücumuna məruz qalıb.

AZƏRTAC xəbər verir ki, Odessa Vilayət Hərbi Administrasiyasının Operativ Qərargahının spikeri Sergey Bratçukun sözlərinə görə, Rusiya ordusu Odessadakı obyektlərdən birinə raket zərbəsi endirib.

Sergey Bratçuk qeyd edib ki, Rusiya raketlərinin vurduğu yerlərlə bağlı fotoşəkilləri və digər təfərrüatlar dərc edilməməlidir. Qeyd edək ki, Odessanın raketlə vurulan məkanını çəkən niderlandlı jurnalist Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aşkarlanaraq onun 10 il müddətinə Ukraynaya girişinə qadağa qoyulub.

Bu gün səhər saatlarında Nikolayev şəhəri də raket hücumuna məruz qalıb. Bu barədə şəhər meri Aleksandr Senkeviç məlumat verib.

Qeyd edək ki, aprelin 3-də Nikolayev şəhərinə edilən raket hücumu nəticəsində 1 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR