İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasının tarixi və gündəliyi açıqlanıb

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti, doqquzuncu görüşü fevralın 14-də keçiriləcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

O bildirib ki, müharibənin ildönümü ərəfəsində keçiriləcək görüşdə Ukraynanın silah ehtiyaclarının ödənilməsi müzakirə olunacaq.

Görüşdə Ukrayna Silahlı Qüvvələrinin aviasiya vasitələri ilə təmin olunmasına dair danışıqların aparılması da gözlənilir.

Qeyd edək ki, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun sonuncu iclası yanvarın 20-də keçirilib. Həmin toplantıda "F-16" qırıcılarının Ukraynaya təhvil verilməsi müzakirə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR