Onlayn ictimai-siyasi qəzet
Ukrayna qoşunları bir gündə Kurska gedən magistral yol ilə 7 kilometrə qədər irəliləməyə və iki kənddə döyüşə başlamağa müvəffəq olub.
Musavat.com xəbər verir ki, ötən həftənin bazar günü Ukrayna silahlı qüvvələri Berdinə və Kursk vilayətinin Novosotnitski kəndinə hücum edib.
Onlar Martınovkadan 7 kilometr aralıda yerləşir.
Məlumata əsasən, hücumda 20-yə qədər texnika iştirak edib - bu, Kursk vilayətində son aylarda ən böyük hücumdur. Tanklar və zirehli maşınlar Suca-Kursk magistral yolu boyunca minaları təmizləyiblər. Z-blogerlər elektron müharibə sistemlərinin effektivliyini etiraf ediblər. Hücum zamanı Rusiyanın radio ilə idarə olunan bütün dronları yerə düşüb.
Hərbi analitik Yan Matveyevə görə, Ukrayna silahlı qüvvələrinin hücumu planlaşdırılmış əməliyyatdır.
“Bu, ya böyük bir hücuma başlamaq cəhdidir, ya da çox ciddi təxribatçı manevrdir. Böyük qüvvələr cəlb olunub: ərazidə qiymətli zirehli texnika və çoxlu piyadanın olduğunu görürük”, - deyə o qeyd edib.
Musavat.com
08 Yanvar 2025
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ