İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın eks-prezidenti: “Biz “Makron sindromu”ndan əziyyət çəkmirik”

“Biz “Makron sindromu”ndan əziyyət çəkmirik”.

“Report”un xəbərinə görə, bunu Ukraynanın 2005-2010-cu illərdə Prezidenti Viktor Yuşşenko X Qlobal Bakı Forumu çərçivəsində “Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri” mövzusunda keçirilən ilk panel iclasda çıxışı zamanı deyib.

Sabiq dövlət başçısı müharibədə qələbə üçün milli ruh, birləşmə və silah lazım olduğunu vurğulayıb: “Biz polad kimi birləşmişik. Qələbə üçün bizə həm də silahlar, resurslar lazımdır. Nə qədər çox siyasi qərar qəbul etsək, Putinə o qədər çox şans vermiş oluruq. Onu da nəzərə çatdırım ki, NATO Şərqə doğru hərəkət etmir, Şərq NATO-ya doğru hərəkət edir. Bu səbəbdən Baltik ölkələri NATO üzvü olub. Onu deyim ki, biz “Makron sindromu”ndan əziyyət çəkmirik”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR