Onlayn ictimai-siyasi qəzet
Qara dənizdə Rusiya neftini daşıyan tankerləri sığortalayan şirkətlər satıcı və daşıyıcıları sığorta haqqının artırılması barədə xəbərdar ediblər.
“Reuters”in yazdığına görə, sığortaçılar bunun hərbi risklərin artması ilə izah ediblər.
Qeyd edək ki, Rusiya taxıl sazişindən çıxaraq Ukraynanın limanlarını bombalamağa başladıqda Kiyev Qara dənizdə Rusiyadan yük daşıyan bütün gəmiləri potensial hərbi təhlükə elan edib. Bu isə həmin gəmilərin hərbi təhlükə mənbəyi kimi Ukrayna tərəfindən məhv ediləcəyi deməkdir. Sığortaçı şirkətlər Ukraynanın bu qərarından sonra Qara dəniz limanlarından Rusiya neftinin daşınmasında risklərin kəskin artdığını bildirirlər. Onlar hərbi riskə görə ödənişin həcmini yükün dəyərinin 1 faizindən 1.2- 1.25 faizinə qədər artırıblar. Nəticədə, Rusiyadan Hindistana 200 min ton neft aparan bir tanker üçün sığorta xərci 200 min dollar artaraq 1 milyon dollara çatıb.
Treyderlər bildiriblər ki, Rusiya neftini daşıyan tankerlərin icarəsi və daşıma xərci 1 tanker üçün 20 milyon dollar təşkil edir. Bu, tankerlə daşınan neftin dəyərinin üçdə biri deməkdir.
Sığorta şirkətlərinin bu qərarı Rusiyanın Qara dəniz limanlarından dünya bazarına çıxarılan Qazaxıstan neftinin daşıyıcılarına şamil olunmur.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ