Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Xarkov vilayətinin Zoloçiv istiqamətində bir neçə yaşayış məntəqəsinin sakinləri təxliyə olunmaq məcburiyyətində qala bilər.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zoloçiv hərbi administrasiyasının rəhbəri Viktor Kovalenko məlumat verib.
Kovalenko bildirib ki, vətəndaşlar Aleksandrovka, Vozrojdevsk və Timofeevkanı tərk etməlidirlər. Evlərində qalmaq istəyən uşaqlı ailələri isə evakuasiya etmək məcburiyyətində qala bilərlər.
Zoloçiv administrasiyasının rəhbəri təxliyə edilən hər bir şəxsə maddi yardım göstəriləcəyini vəd edib.
Qeyd olunub ki, yaşadıqları ərazinin rəhbərləri əhaliyə toplaşma yerləri barədə məlumat verməlidir.
Təxliyə edilənlər qohumlarına göndəriləcək. Getməyə başqa yeri olmayanlar isə Ukraynanın digər bölgələrində yerləşdiriləcək.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ