İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Avropadakı səfirlikləri qanlı paketlər alır


Ukraynanın xaricdəki bir neçə diplomatik qurumu son günlər içərisində ölü heyvanların gözləri olan qanlı paketlər alıb. Çantaların özləri xarakterik rəngli bir maye ilə isladılıb və fərqli bir qoxuya malik olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici işlər nazirliyinin nümayəndəsi Oleq Nikolenko bildirib.

Onun sözlərinə görə, belə bağlamalar Macarıstan, Hollandiya, Polşa, Xorvatiya, İtaliyadakı səfirliklərə, Neapol (İtaliya) və Krakov (Polşa) baş konsulluqlarına, eləcə də Brnodakı (Çexiya) konsulluğa gəlib. Ukraynanın ABŞ-dakı səfirliyinə Ukrayna haqqında tənqidi məqalənin fotosurəti ilə məktub daxil olub.

Xüsusilə, Çexiya polisi bu gün səhər saatlarında Ukraynanın Brnodakı konsulluğunda bu yaxınlarda Madriddəki Ukrayna səfirliyində partlayan paketə bənzər bir bağlama aşkar edib. Mümkün təhlükə səbəbindən yaxınlıqdakı uşaq bağçasındakı uşaqlar təxliyə edilib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba baş verənləri “yaxşı planlaşdırılmış terror kampaniyası ” adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR