İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalılar Zelenskidən ölkədə nüvə silahlarının yerləşdirilməsini tələb etdilər

Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında ölkədə ABŞ-nin nüvə silahlarının yerləşdirilməsi tələbi ilə petisiya dərc olunub.

Müvafiq petisiya dövlət başçısının saytında yerləşdirilib.

“ABŞ-nin nüvə silahını Ukrayna ərazisinə yerləşdirin və ya Ukraynanı öz nüvə silahına malik dövlətə çevirin”, - deyə təşəbbüs müəllifi təklif edib.

Hazırda petisiyanı 100 nəfər dəstəkləyib. Zelenskinin bunu rəsmi şəkildə nəzərdən keçirməsi üçün petisiya üç ay ərzində 25 min səs toplamalıdır.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR