İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı və rus futbolçular əlbəyaxa oldular - VİDEO

Türkiyənin Antalya şəhərində ukraynalı və rusiyalı futbolçuların iştirakı ilə kütləvi dava baş verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Antalyadakı “Royal Seginus” hotelində rus və ukraynalı futbolçular aralarındakı mübahisəni “fiziki haqq-hesab” mərhələsinə çeviriblər.

İlkin məlumatlara görə, hər şey fevralın 13-ü axşam saatlarında başlayıb. Ukraynanın “Minay” klubunun bir neçə nümayəndəsi Yaroslavlın “Şinnik”inin rəhbərinə yaxınlaşaraq ondan Ukrayna himnini oxumasını tələb edib. O, ukraynalılara küçəyə çıxmağı və “məsələnin birdəfəlik həll olunmasını” təklif edib, lakin hotel işçiləri münaqişəyə müdaxilə edərək onu “söndürə” biliblər.

Bir müddət sonra Ukrayna klubunun bir neçə futbolçusu “Şinnik”in futbolçusu ilə eyni liftə düşüb və onu döyüb. Lift aşağı mərtəbəyə çatanda isə orada bir qrup yaroslavlı futbolçu olub. Burada rus və ukraynalı futbolçular arasında kütləvi dava baş verib. Hotel polis və təcili yardım çağırmalı olub. Son xəbərlərə görə, “Şinnik” klubunun oyunçuları başqa hotelə köçürülüblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR