İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı uşaqlar Bakıda reabilitasiya keçəcək - FOTO

Heydər Əliyev Fondu və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə Ukraynadakı vəziyyətlə əlaqədar bir qrup uşaq Bakıda reabilitasiya keçəcək.

Musavat.com xəbər verir ki, avqustun 21-də 7-17 yaş arasında olan valideyn himayəsindən məhrum 28 uşaq və onları müşayiət edən 4 nəzarətçi Bakıya gəlib.

Hava limanında qarşılanan uşaqlar xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinə aparılaraq yerləşdirilib. Burada 21 gün ərzində uşaqlara psixoloji və ehtiyac olduqda tibbi reabilitasiya xidmətləri göstəriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR