İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı uşaqlar Azərbaycana yola düşüblər

Ukraynalı uşaqlardan ibarət yeni qrup reabilitasiya üçün Azərbaycana yola düşüb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev eksdə (keçmiş tviter) paylaşım edib.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə ukraynalı uşaqlardan ibarət yeni qrup reabilitasiya üçün Azərbaycana yola düşüb. Yaxın iki həftə ərzində onları Bakıda əyləncəli və zəngin mədəni proqram, həmçinin Qəbələ, Şəki və Şamaxı kimi rayonlara ekskursiya turları gözləyir. Azərbaycana xoş gəlmisiniz!”, - səfir qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR