Onlayn ictimai-siyasi qəzet
Odessalı tələbə Sergey Qulko 46 günlük həbsdən sonra Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin altıncı kursundan xaric edilib.
Musavat.com xəbər verir ki, bu barədə “Radio Svoboda” məlumat yayıb.
Fakültənin mətbuat xidmətindən verilən məlumata görə, Qulkonun akademik göstəriciləri ilə bağlı heç bir şikayət olmayıb.
Fakültənin “izahatı”na əsasən, tələbə “müəyyən edilmiş qanun pozuntuları və tətbiq edilən inzibati cəzalar nəzərə alınaraq” xaric edilib.
Bundan öncə Sergey Qulko polis məmurlarına tabe olmamaq, Rusiyanın işğal hərəkatına başladıqdan dərhal sonra “VKontakte” və instaqram sosial şəbəkələrində Ukraynanı dəstəkləyən paylaşımlarına görə 4 dəfə ümumilikdə 46 sutka həbs edilib. Həmçinin aprel ayında Moskva məhkəməsi Qulkonun Rusiyanı tərk etməsinə qərar verib. Ukraynalı tələbə Moskva Dövlət Universitetində xarici vətəndaş kimi ödənişli əsaslarla təhsil alıb. Onun Ukrayna pasportu var, Rusiya vətəndaşlığı üçün müraciət etməyib.
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ