Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanın Qarabağ regionu işğaldan azad edildikdən sonra burada bir çox müsbət dəyişikliklər baş verib”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ukraynalı səyahətçi Orest Zub deyib.
“İki il əvvəl burada olmuşam. Buna görə də nə baş verdiyini daha yaxşı başa düşə, tikinti və bərpa işləri prosesini müqayisə edə bildim. Bu ərazilərin bərpasının nə qədər tez və effektiv şəkildə aparılması dərin təəssürat bağışlayır”, - deyə o vurğulayıb.
Səyyah mina probleminin həllinin vacibliyini xüsusi qeyd edib:
“Bu, bütün dünya üçün çox ciddi narahatlıq doğurur. Aydındır ki, bu, müharibələrin ən dağıdıcı nəticələrindən biridir. Beynəlxalq ictimaiyyət mümkün qədər tez zamanda minalardan təmizlənməyə kömək etməlidir, çünki bu, insanlar üçün son dərəcə təhlükəlidir. Mən Ukraynadanam və bu vəziyyətin necə faciəli olduğunu anlayıram”.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü ərəfəsində 26 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.
Məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.
Səyyahlar noyabrın 4-dən 6-dək Azərbaycanın azad edilmiş ərazilərində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə səfər edəcəklər.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ