İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı komandan Baxmutdakı son vəziyyəti açıqlayıb

Martın 13-ü səhər saatlarına olan məlumata görə, Baxmutda vəziyyət ağır olaraq qalır. "Vaqner" muzdluları müdafiəni yarıb şəhərin mərkəzinə girməyə çalışırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə bəyanatla Ukraynanın piyada qoşunlarının komandanı, general-polkovnik Oleksandr Sırski çıxış edib.

“Vaqner” hücum dəstələri bir neçə istiqamətdən irəliləyir, qoşunlarımızın müdafiəsini yarıb şəhərin mərkəzi rayonlarına doğru irəliləməyə çalışır”, - deyə o bildirib.

Sırski deyib ki, Baxmut artilleriya, tank və digər silahlardan atəşə tutulur. Ukrayna hərbçiləri şəhərin müdafiəsini davam etdirir və eyni zamanda, düşməni xeyli itkiyə uğradırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR