İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı gənclər ölkədən qaçır - Polşaya böyük axın başlayıb

Musavat.com xəbər verir ki, Polşanın nüfuzlu “Rzeczpospolita” qəzeti maraqlı statistika yayıb. Məlumata görə, yeni miqrasiya qaydalarının qüvvəyə minməsinin yalnız ilk həftəsində 18–22 yaş arasında olan 10 600 ukraynalı kişi Polşaya daxil olub.

Son aylar Polşada məhz bu yaş kateqoriyasına aid ukraynalıların sayında nəzərəçarpacaq artım qeydə alınıb. Yerli KİV yazır ki, tendensiya davam edərsə, Polşa ictimaiyyətində müzakirələr daha da kəskinləşə bilər.

Bununla belə, Ukraynanın Dövlət Sərhəd Xidməti yayılan xəbərləri təsdiqləmir. Rəsmi qurum bildirib ki, “18–22 yaşlı kişilərin sərhədlərdən kütləvi axını müşahidə olunmur” və yayılan məlumatların bir hissəsi şişirdilmiş xarakter daşıyır.

Beləliklə, bir tərəfdən Polşa rəqəmlər təqdim edir, digər tərəfdən isə Kiyev bu məlumatlara ehtiyatla yanaşır. Mövzu hər iki ölkədə ictimai-siyasi gündəmin müzakirə mövzularından birinə çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR