İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan vətəni satan keşişlərə cəza gəldi

 

Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında Ukrayna Pravoslav Kilsəsinin yeddi tanınmış xadiminə qarşı sanksiya tətbiq edilməsi barədə qərar imzalayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sanksiyaya məruz qalanlar arasında bu ilin may ayında Moskva Patriarxlığında tam müstəqilliyini elan edən Ukrayna Pravoslav Kilsəsinin dörd mitropoliti də var. Məlum olub ki, onların bir sıra nümayəndələri öz vətənlərinə qarşı Rusiya yönlü fəaliyyətlə məşğul olmaqda davam edirlər.

Sanksiya siyahısına Zaporojye və Melitopol mitropoliti Luka (Andriy Kovalenko), Luqansk və Alçevsk mitropoliti Panteleymon (Vasili Povoroznyuk), Borispol və Brovarsk mitropoliti Antoniy (İvan Pakaniç), Çernovetskiy və Bukovinsk mitropoliti Meleti (Valentin Yeqorenko) daxildir. Burada həmçinin Konstantinovski arxiyepiskopu Paisiy (Viktor Şinkaryov), Xersondakı Svyato-Uspensk kafedralının rektoru Aleksandr Fyodorov və Melitopol Müqəddəs Savinski monastırının rektoru Aleksandr Prokopenko da var.

Ukraynanın dörd vilayətinin Rusiyaya ilhaqı münasibəti ilə keçirilən mərasimdə Moskva başda olmaqla Luqansk və Alçevsk mitropoliti Panteleymon iştirak edib. Üstəlik, Ukrayna Pravoslav Kilsəsi öz iyerarxının bu hərəkətlərini qınamayıb. Həmin Xersondakı kafedralın rektoru da olub. İşğal altındakı Melitopol şəhər monastırının rəhbərinin Rusiya tərəfindən təyin olunmuş hakimiyyət orqanları ilə yaxından əməkdaşlıq etdiyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR