İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan Rusiyaya KÜTLƏVİ HÜCUM

Ukrayna pilotsuz təyyarələri Rusiyanın regionlarına kütləvi şəkildə hücum edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hava hücumundan müdafiə qüvvələri bir gecədə Rusiyanın regionları üzərində Ukraynaya məxsus 117 pilotsuz uçuş aparatı və 4 “Toçka-U” raketini məhv edib.

Bildirilib ki, Kursk vilayəti üzərində 37 pilotsuz uçuş aparatı və 4 raket vurulub.

Bundan başqa, Voronej vilayəti üzərində 37, Belqorodda 17, Nijni Novqorodda 11, Volqoqradda 9, Bryanskda 3, Oreldə 2 və Rostovda 1 pilotsuz uçuş aparatı məhv edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR