İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan rus idmançılarla bağlı qəti qərar

Ukrayna hökuməti rusiyalıların yarışacağı təqdirdə idmançılarının turnirlərdə iştirakını qadağan edib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin sözcüsü Oleq Nemçinov məlumat verib. Qərar bütün yarışlara, o cümlədən 2024-cü il Olimpiadasına seçmə müsabiqələrinə şamil edilir.

Bu qərar Beynəlxalq Olimpiya Komitəsinin Rusiya və Belarus idmançılarının iştirakı ilə bağlı yeni tövsiyələrinə cavab olaraq alınıb. Belə ki, BOK-un tövsiyəsinə əsasən, Rusiya və Belarusdan olan insanlar yalnız neytral bayraq altında, Ukraynaya qarşı təcavüzü dəstəkləmədikləri halda və yalnız fərdi yarışlara qatıla bilərlər.

Rusiya və Belarusa komanda yarışlarına yasaq isə davam edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR