İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan Gürcüstana çağırış: “Cəzasını ləğv edib ABŞ-a göndərin”

Ukrayna Xarici İşlər Nazirliyi eks-prezident Mixail Saakaşvilinin vəziyyətindən narahatlığını bildirib və Gürcüstanı onun müalicə üçün xaricə ölkəyə göndərilməsinə icazə verməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada Saakaşvilinin müalicə üçün ABŞ və ya Avropaya göndərilməli olduğu bildirilib.

“Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna vətəndaşı Mixail Saakaşvilinin səhhətinin pisləşməsindən dərin narahatdır. Ukrayna vətəndaşının vəziyyətinin ağır olduğunu nəzərə alaraq, Gürcüstan tərəfini ona müvafiq tibbi yardım göstərməyə, habelə Mixail Saakaşvilinin cəzasının ləğv edilməsi, bundan sonra müalicə üçün Avropa və ya Amerika klinikalarından birinə köçürülməsi tələbini təmin etməyə çağırırıq”, - açıqlamada deyilir.

Bundan başqa, XİN rəsmi Tiflisi Saakaşvilini görmək imkanı verməyə və Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubintslə görüşə icazə verməyə çağırıb.

Qeyd edək ki, Mixail Saakaşvili Ukrayna Milli İslahatlar Şurasının sədridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR